Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 452,366 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 248,2 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,8% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 46,35 manat olub.