Azərbaycanın sığorta bazarı 13% böyüyüb

Azərbaycanın sığorta bazarı 13% böyüyüb Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 528,653 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
2 Oktyabr , 2020 15:16
Azərbaycanın sığorta bazarı 13% böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 528,653 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 262,996 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9% çoxdur.

2020-ci ilin yanvar-avqust aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,7 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-avqust aylarında bu göstərici 37,4 manat olub.

Son xəbərlər

Orphus sistemi