Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 325,9 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 1 343,5 milyon dollarlıq kəsir yaranmışdı.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 627,7 milyon dollarlıq qalıq (illik müqayisədə 2,9% az), kapital hesabındakı 0,6 milyon dollarlıq qalıq (1 il əvvəl olmayıb), maliyyə hesabındakı 14,4 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), balanslaşdırıcı maddələr üzrə 316,8 milyon dollarlıq kəsir (46,8% az) hesabına formalaşıb.