Azərbaycanın tədiyə balansının qalığı 1 milyard dolları keçib

Azərbaycanın tədiyə balansının qalığı 1 milyard dolları keçib Bu ilin I yarısında Azərbaycanın tədiyə balansının ümumi qalığı 1 261,3 milyon ABŞ dolları təşkil edib
Maliyyə
14 Sentyabr , 2021 11:11
Azərbaycanın tədiyə balansının qalığı 1 milyard dolları keçib

Bu ilin I yarısında Azərbaycanın tədiyə balansının ümumi qalığı 1 milyard 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 878,4 milyon ABŞ dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon ABŞ dollarlıq kəsir (40,3 % az), maliyyə hesabındakı 578,5 milyon ABŞ dollarlıq kəsir (39 % az), balanslaşdırıcı maddələr üzrə 34 milyon ABŞ dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.

Yanvar-iyun aylarında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib. Bu dövrdə xam neftin orta qiyməti 58 dollar/barel olub, qeyri-neft ixracı isə 20% artıb.

Son xəbərlər

Orphus sistemi