Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında 15,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
"Report" Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azdır.
Yarım illik əməliyyatların 13,4 milyard ABŞ dolları nağdsız, 1,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,2 % və 30,8 % azdır.
Nağdsız valyuta əməliyyatlarının 79,5 %-i ABŞ dollarında, 20,5 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 84 %-i ABŞ dollarında, 16 %-i digər valyutalarda baş tutub.
Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.