Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb

Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib
Maliyyə
3 May , 2021 16:23
Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87%-i və yaxud 42 mlrd 761,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 mlrd 356,2 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 816,2 milyon ABŞ dolları və yaxud 1,6% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 803 milyon ABŞ dolları və yaxud 1,85%, AMB-nin valyuta ehtiyatlarında isə 13,2 milyon ABŞ dolları və yaxud 0,2% azalma olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 374,2 milyon ABŞ dolları və yaxud 2,9% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 411,8 milyon ABŞ dolları və yaxud 3,4% artım, AMB-nin valyuta ehtiyatları isə 37,6 milyon ABŞ dolları və yaxud 0,6% azalma nümayiş etdirib.

ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)

01.04.2021

42 761,3

6 356,2

49 117,5

01.01.2021

43 564,3

6 369,4

49 933,7

01.10.2020

43 288,6

6 491,4

49 780,0

01.07.2020

43 223,3

6 436,3

49 659,6

01.04.2020

41 349,5

6 393,8

47 743,3

Son xəbərlər

Orphus sistemi