Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20 %-ə yaxın azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20 %-ə yaxın azalıb Son 1 ildə ixrac 14,2 %, idxal isə 9,8 % azalıb
Maliyyə
16 Mart , 2021 13:06
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20 %-ə yaxın azalıb

Bu il yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 4 mlrd 399,9 mln ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.

Bu ilin ilk 2 ayında xarici ticarət 2,788 milyard ABŞ dolları ixracın, 1,612 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,2 %, idxal isə 9,8 % azalıb.

Son nəticədə xarici ticarətdə 1,176 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 19,6 % azdır.

Son xəbərlər

Orphus sistemi