Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3,4 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3,4 dəfə artıb Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 552,07 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Maliyyə
16 İyun , 2022 10:51
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3,4 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 552,07 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 73,9 % çoxdur.

Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.

Son nəticədə xarici ticarətdə 10 milyard 280,95 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi