2022-ci ildə Azərbaycandan olan avtomobil sahiblərinin ölkə xaricində törətdiyi 291 yol-nəqliyyat hadisəsinə görə 910 421 manat sığorta ödənişi həyata keçirilib.
Bu barədə "Report"a İcbari Sığorta Bürosundan bildirilib.
Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 24,9 % və 27,8 % çoxdur.
Ötən il hər yol qəzasına düşən sığorta ödənişi 3 128 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,3 % çoxdur.
Sığorta ödənişləri "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində verilib. Sığorta hadisələri əsasən Rusiya və Türkiyədə baş verib.