Azərbaycanlı xanım EBRD-nin regional direktoru təyin edildi

Azərbaycanlı xanım EBRD-nin regional direktoru təyin edildi Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib
Maliyyə
28 İyun , 2021 16:08
Azərbaycanlı xanım EBRD-nin regional direktoru təyin edildi
Aytən Rüstəmova

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib.

“Report”un banka istinadən verdiyi məlumata görə, bu vəzifəyə əslən azərbaycanlı olan Aytən Rüstəmova təyin edilib.

2001-ci ildə EBRD-nin Bakıdakı nümayəndəliyində işə başlayan A.Rüstəmova 2017-ci ildə adıçəkilən bankın Türkmənistan üzrə ölkə meneceri olub.

EBRD-nin yeni meneceri son 4 ildə çalışdığı Mərkəzi Asiyada qalmağından məmnun olduğunu və bütün tərəfdaş ölkələrlə yaşıl, inklüziv, rəqəmsal və həyati əhəmiyyətli layihələrin partnyorluq şəklində həyata keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, A.Rüstəmova vəzifəsini icra edib EBRD-nin Londonda yerləşən mərkəzi ofisinə qayıdan Neyl Makkeyni (Neil McKain) əvəz edib.

Son xəbərlər

Orphus sistemi