"AzerGold" "PAŞA Bank"ın anbarından istifadə edəcək

"AzerGold" "PAŞA Bank"ın anbarından istifadə edəcək "PAŞA Bank" ASC "AzerGold" QSC-yə saxlanc xidməti göstərəcək.
Maliyyə
21 Dekabr , 2020 17:29
AzerGold PAŞA Bankın anbarından istifadə edəcək

"PAŞA Bank" ASC "AzerGold" QSC-yə saxlanc xidməti göstərəcək.

"Report" xəbər verir ki, bunun üçün dövlət şirkətinin Daşkəsən rayonundakı Çovdar Filiz Emal Sahəsindən çıxarılan xam qızıl İsveçrənin Mendrisio şəhərindəki qızıl emalı fabrikinə göndəriləcək.

Emal prosesi başa çatdıqdan sonra hazır külçələr əks istiqamətdə daşınaraq Azərbaycan bankına çatdırılacaq.

Qızılın həcminin nə qədər olacağı açıqlanmır. Çatdırılmanın gələn ilin fevral ayından başlayaraq 1 il müddətində yerinə yetirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi