Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") İsraildə sağlamlıq sığortası üzrə xidmətlər satın alıb.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, satınalmanın qalibi İsrailin “DavidShield Life Insurance Agency" şirkətidir.
Qalibə 122 min avro və yaxud 224 min manat ödəniləcək.