"Azərsun Holdinq" MMC-ni bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə daşınar və daşınmaz əmlakına dəymiş ziyanı Almaniyanın "Hellman&Friedman" təkrarsığorta şirkəti ödəyəcək.
Bunu "Report"a Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda iştirak edən holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib.
S.Uzan yanğına görə sığorta ödənişi üçün müraciət etdiklərini bildirib:
“Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik”.