“Azfinance İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı və Müşahidə Şurasının sədri Abid Məmmədov payının 15,03%-lik hissəsini qurumun direktoru İntiqam Səfərəliyevə ötürüb.
“Report” bu barədə investisiya şirkətinə istinadən xəbər verir.
Məlumata görə, son nəticədə A.Məmmədovun payı 84,97%-ə düşüb.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır.