“Azmikroinvest” BOKT xalis mənfəətini 3 dəfəyə yaxın artırıb

“Azmikroinvest” BOKT xalis mənfəətini 3 dəfəyə yaxın artırıb Kredit təşkilatı 2020-ci ili 153 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
5 May , 2021 16:56
“Azmikroinvest” BOKT xalis mənfəətini 3 dəfəyə yaxın artırıb

“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 153 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,7 dəfə çoxdur.

Ötən il “Azmikroinvest”in vergiyəqədərki mənfəəti 193 min manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 40 min manat (2,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,617 milyon manat olub ki, bu da illik müqayisədə 0,1% azdır. Bunun 1,48 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 15,8% böyüyüb.

Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 34,2% azalaraq 104 min manata düşüb, balans kapitalı isə 3,6% artaraq 1,513 milyon manata çatıb.

Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,5 milyon manatdır. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir.

Son xəbərlər

Orphus sistemi