"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.
Qalib şirkətə 14,8 min manat ödəniləcək.