AzTV auditor seçir

AzTV auditor seçir “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Maliyyə
6 Aprel , 2022 15:15
AzTV auditor seçir

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini aprelin 25-i, saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi aprelin 26-da, saat 12:00-da portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi