"Bakı Fond Birjası"nın dövriyyəsi 13 % azalıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 13 % azalıb Bu il yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 378,181 milyon manat təşkil edib.
Maliyyə
2 Dekabr , 2022 17:28
Bakı Fond Birjasının dövriyyəsi 13 % azalıb

Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 milyard 378,181 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 17,1 % azalaraq 8 977 olub.

BFB-nin dövriyyəsinin 54 %-i və yaxud 6 milyard 686,834 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 2,4 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 95,7% artaraq 1 milyard 274,576 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 33,5 % azalaraq 4 milyard 416,77 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi