Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 614,51 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 54,4 % artaraq 582 olub.
BFB-nin dövriyyəsinin 81 %-i, yaxud 1 316,36 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 6,1 dəfə çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 83,4 % azalaraq 65,987 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 4,4 dəfə artaraq 232,162 milyon manat olub.