Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 4 252,173 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,3 dəfə artaraq 2 614 olub.
BFB-nin dövriyyəsinin 72,1 %-i, yaxud 3 064,007 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5,7 dəfə azalaraq 134,353 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,5 dəfə artaraq 1 053,813 milyon manat olub.