Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13 039,9 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 97,5% artaraq 9 231 olub.
BFB-nin dövriyyəsinin 50,4%-i, yaxud 6 573,487 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 1,7% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 4,2 dəfə azalaraq 418,928 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,5 dəfə artaraq 6 047,494 milyon manat olub.