"Bakı Fond Birjası"nın dövriyyəsi 29% azalıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 29% azalıb Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 153,9 milyon manat təşkil edib.
Maliyyə
7 Sentyabr , 2020 17:04
Bakı Fond Birjasının dövriyyəsi 29% azalıb

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 153,9 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azalıb.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 4,5% azalaraq 3 188 olub.

BFB-nin dövriyyəsinin 65,2%-i, yaxud 4 661,2 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 45,4% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 90,3% artaraq 1 421,2 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 44% artaraq 1 071,6 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi