Bu ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 852,3 04 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,4 dəfə artaraq 1 876 olub.
BFB-nin dövriyyəsinin 77 %-i, yaxud 2 196,622 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 4,9 dəfə çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5,9 dəfə azalaraq 68,566 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,4 dəfə artaraq 587,116 milyon manat olub.