Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 947,6 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 8 330 olub.
BFB-nin dövriyyəsinin 52 %-i, yaxud 6 milyard 208,4 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 9,7 % çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 4,7 dəfə azalaraq 327,976 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,9 dəfə artaraq 5 milyard 411,234 milyon manat olub.