Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 milyard 929,432 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 42,7 % artaraq 7 898 olub.
BFB-nin dövriyyəsinin 39,9 %-i, yaxud 5 milyard 155,747 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,9 % çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 44,9 % artaraq 899,638 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 2,1 dəfə artaraq 6 milyard 874,046 milyon manat olub.