Bakı Fond Birjasının bazar kapitalizasiyasının həcmi tarixi maksimuma çatıb

Bakı Fond Birjasının bazar kapitalizasiyasının həcmi tarixi maksimuma çatıb Bakı Fond Birjasının (BFB) bazar kapitalizasiyasının həcmi ötən il 4,3 milyard manata yüksələrək tarixi maksimuma çatıb.
Maliyyə
17 Yanvar , 2022 12:53
Bakı Fond Birjasının bazar kapitalizasiyasının həcmi tarixi maksimuma çatıb

Bakı Fond Birjasının (BFB) bazar kapitalizasiyasının həcmi ötən il 4,3 milyard manata yüksələrək tarixi maksimuma çatıb.

“Report” xəbər verir ki, bu barədə BFB məlumat yayıb.

Bildirilir ki, BFB-nin 21 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2021-ci il ərzində ticarət dövriyyəsi 15 milyard manatı keçərək 15,3 milyard manat təşkil edib.

Korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) buraxılışı həcmində rekord göstərici qeydə alınmış və ümumi məbləği 376 milyon manat olan 33 yerləşdirmə həyata keçirilib

Qeyd edək ki, 2018-2020-ci illər ərzində Bakı Fond Birjasında ümumi məbləği 350 milyon manat olan 26 korporativ qiymətli kağız (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilməsi həyata keçirilib

2021-ci ildə repo əməliyyatlarının həcmi üzrə 7,2 milyard manat olmaqla Bakı Fond Birjasının tarixində son illərin ən yüksək dövriyyəsi qeydə alınıb. Belə ki, 2018-2020-ci illər ərzində bu göstərici ümumilikdə 3,8 milyard manat təşkil edib. BFB-nin ümumi ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 18 %-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi