​​​​​​​Bakı Mühəndislik Universiteti Koreyaya səfərlər üçün sığortaçı seçib

​​​​​​​Bakı Mühəndislik Universiteti Koreyaya səfərlər üçün sığortaçı seçib Bakı Mühəndislik Universiteti səyahət sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Maliyyə
4 İyul , 2024 13:30
​​​​​​​Bakı Mühəndislik Universiteti Koreyaya səfərlər üçün sığortaçı seçib

Bakı Mühəndislik Universiteti səyahət sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.

Qalibə 3 681 manat ödəniləcək.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinə ötən ildən sığorta xidmətlərini "Meqa Sığorta" ASC göstərib. Bu xidmətlərin dəyəri 12 349 manat təşkil edirdi.

Ötən il olduğu kimi, bu ildə müqavilədə Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında tətbiq olunan İkili Diplom Proqramı çərçivəsində Koreya Respublikasına təşkil olunacaq səfərlər məqsədilə səyahət sığortasının satınalınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi