Bakı Nəqliyyat Agentliyinə dövlət investisiyaları kəskin azaldılıb

Bakı Nəqliyyat Agentliyinə dövlət investisiyaları kəskin azaldılıb 2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) 164,054 milyon manat dövlət investisiyası qoyulub.
Maliyyə
5 Mart , 2022 14:03
Bakı Nəqliyyat Agentliyinə dövlət investisiyaları kəskin azaldılıb

2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) 164,054 milyon manat dövlət investisiyası qoyulub.

"Report" Agentliyinə maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,5 dəfə azdır.

Beləliklə, ötən il yanvarın 1-nə BNA-ya dövlət investisiyaları 705,343 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,3% çoxdur.

Xatırladaq ki, BNA ölkə prezidentinin “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, dövlət başçısının “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib, ölkə rəhbərinin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 7 fevral 2022-ci il tarixli fərmanı ilə Bakı meriyasının tabeliyinə verilib. Onun nizamnamə kapitalı 49,068 milyon manatdır. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi