Bu ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,6 % artaraq 12 milyard 726,8 milyon manat olub.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 % artaraq 6 milyard 385,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5 % artaraq 6 milyard 341 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,8 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,6 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.