"Bank BTB” 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb

"Bank BTB” 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb "Bank BTB” 2020-ci ilin maliyyə göstəricilərini təqdim edib.
Maliyyə
29 Yanvar , 2021 09:50
Bank BTB” 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb

"Bank BTB” 2020-ci ilin maliyyə göstəricilərini təqdim edib.

Ötən ilin sonuna Bankın aktivləri 356,136 milyon manat təşkil edib, bu isə əvvəlki ilin sonu ilə müqayisədə 4% artım deməkdir.

"Bank BTB" 2020-ci ildə kredit portfelini 3% artıraraq, 219,344 milyon manata çatdırıb. Bank adi və sosial ipoteka kreditlərinin üstünlük təşkil etdiyi istehlak kreditləşməsi ilə yanaşı, biznes kreditləşməsində də aktiv iştirak edib. Ötən il Bankın faiz gəlirləri 4,084 milyon manat və yaxud 19% artaraq 26,101 milyon manat təşkil edib.

2020-ci ildə Bankın depozit portfeli 139,347 milyon manata çatıb, 2019-cu illə müqayisədə 5% artım əldə edilib. Artımın çox hissəsi əhalinin banka göstərdiyi etimad sayəsində olub. Belə ki, ötən il fiziki şəxslərin yerləşdirdiyi depozitlər 8% artaraq, 97,309 milyon manat təşkil edib.

Müştəri portfelini genişləndirən "Bank BTB" 2020-ci ildə fiziki şəxs müştərilərinin sayında 7%, hüquqi şəxs müştərilərinin sayında 12%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 6% artıma nail olub.

Eyni zamanda Bank korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq əhalinin həssas qruplarına dəstək olub, 27 ailəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lazımi avadanlıqlarla təmənnasız təmin edib. Bununla yanaşı, Bank hər zaman olduğu kimi xalqımıza dəstək olub, Koronavirusa Qarşı Mübarizə Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edib.

Qeyd olunanlarla yanaşı, 2020-ci ilin yekunlarına görə bankın xalis əməliyyat gəlirləri 4,222 milyon manat, əməliyyat mənfəəti isə 1,994 milyon manat təşkil edib.

Gələcəkdə yarana biləcək potensial risklərin qarşılanması məqsədi ilə Bank konservativ yanaşma tətbiq edib, 2020-ci ildə 11,074 milyon manat ehtiyat yaradıb.

Bankın əsas dayanıqlıq göstəricilərindən olan məcmu kapitalın adekvatlıq əmsalı 23,5% təşkil edir ki, bu isə təyin olunmuş normaya nisbətdə 2 dəfədən çox artıqdır. Qeyd olunan məlumatlardan aydın olur ki, Bank inkişafı üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.

"Bank BTB" 2010–cu ildə təsis olunub, universal bank olaraq bütün növ bank xidmətləri göstərir. Bank daim müştəri məmnunluğunu üstün tutaraq bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsi və əhatəsinin genişləndirilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan "Facebook" (www.facebook.com/bankbtb) və "Instagram" (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bankın məhsul və kampaniyaları haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi