“Bank BTB” ASC aqrar sektorun inkişafına dəstək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığı davam etdirir.
Aqrar sektorda işləyən sahibkarlar güzəştli kredit şərtləri ilə kənd təsərrüfatı texnikası, damazlıq heyvan alışı və s. zəruri mal və avadanlıqları əldə edə bilərlər.
Belə ki, 15 min manata qədər təqdim olunan mikro kreditlər 12 ay güzəşt müddəti olmaqla 3 ilədək təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12%-dir.
Ölkə prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlərin verilməsinə start verilib.
Xatırladaq ki, Mikro kreditlərdən yararlanmaq istəyən şəxslər "Bank BTB"nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (