"Bank BTB” ASC-nin Maliyyə departamentinə yeni direktor təyin edilib.
Bankdan "Report"a verilən məlumata görə, bu vəzifə Vüqar Rəfiyevə həvalə olunub.
O, bundan əvvəl "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin üzvü, eyni zamanda Bankın Büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsində çalışıb.