"Bank BTB”nin səhmdarlarının yığıncağı keçiriləcək

"Bank BTB”nin səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaq bankın baş ofisində olacaq
Maliyyə
16 Aprel , 2021 17:27
Bank BTB”nin səhmdarlarının yığıncağı keçiriləcək

Mayın 31-i saat 11:00-da "Bank BTB” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99 %-i Nigar Mehdiyevaya, 19,01 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi