"Bank BTB"nin səhmdarlarının yığıncağı keçiriləcək

"Bank BTB"nin səhmdarlarının yığıncağı keçiriləcək Noyabrın 11-də, saat 11:00-da "Bank BTB” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
23 Oktyabr , 2020 14:38
Bank BTBnin səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 11-də, saat 11:00-da "Bank BTB” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi