“Bank BTB” ASC əhalinin həssas qruplarına daim dəstək olaraq özünüməşğulluq proqramı çərçivəsində aktiv fəaliyyətini davam etdirir.
Belə ki, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq, onların əmək bazarına inteqrasiyasına dəstək olmaq məqsədilə “Bank BTB” Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində bu dəfə də fərqli sahələrdə fəaliyyət göstərən 7 aztəminatlı ailəyə öz seçimlərinə uyğun olaraq zəruri ləvazimatlarla yardım edib.
Beləliklə, proqramdan bəhrələnənlər fiziki məhdudiyyətli, məcburi köçkün və aztəminatlı şəxslər olmaqla Salyan, Qəbələ, Yardımlı, İmişli, Lerik rayonlarının, Bakının Qaraçuxur və Sulutəpə qəsəbəsinin sakinləridir.
Həmin şəxslərdən Behbudova Hədiyyə və Ismayıllı Əminə gözəllik salonu, Hadıyeva Aygün, Zairli Təbriz, Cavadova Nəzakət və Tağıyeva Hicran dərzilik, Canməmmədov Rüfət bərbərlik fəaliyyəti istiqamətində kiçik bizneslərini qurmaq məqsədilə Bank BTB-dən avadanlıqlarla təmin edilmişdir.
“Bank BTB” sadiq qaldığı Korporativ Sosial Məsuliyyət çərçivəsində 2020-ci ilin yazından fəaliyyətə başlayan özünüməşğulluq proqramına qoşulmaqla 16 vətəndaşa dəstək olub, bundan sonra da bu kimi təşəbbüslərini davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, “Bank BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.
Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər "Bank BTB"nin onlayn müraciət kanalları - Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün müştərilərin xidmətindədir.