“Bank BTB” ASC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində aktivliyi davam etdirir.
Bu dəfə “Bank BTB” Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 6 aztəminatlı ailəyə öz seçimlərinə uyğun olaraq lazımi avadanlıq və ləvazimatlarla yardım etdi. Qeyd edək ki, Proqram iştirakçılarından 1-i fiziki məhdudiyyətli, 5-i isə aztəminatlı olmaqla Gəncə, Naftalan, Göygöl, Salyan, Xaçmaz və Bakı şəhərlərində yaşayan şəxslərdir.
Həmin şəxslərdən Məhərrəmova Məlahət, Dadaşova Lalə, Məlikova Hüsniyyə və Manafov Rəfail dərzilik fəaliyyəti, Məhərrəmova Aynurə və Süleymanova Nazilə gözəllik salonu açmaqla kiçik bizneslərini qurmaq istiqamətində “Bank BTB”dən mal və materiallarla təmin edilib.
“Bank BTB” KSM layihələrinə daim diqqət ayıraraq ilkin mərhələdə 3, daha sonra isə 6 şəxsə dəstək olaraq, bundan sonra da bu kimi təşəbbüslərini davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, “Bank BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir. Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook və Instagram səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün müştərilərin xidmətindədir.