“Bank of Baku” ASC 2020-ci ili 12,673 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 48,4% azdır.
Ötən il “Bank of Baku”nun gəlirləri 63 milyon manat (illik müqayisədə 20,7% çox), xərcləri 49,472 milyon manat (10,1% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 3,648 milyon manat (6,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 4,503 milyon manat (35,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank of Baku”nın aktivləri 409,563 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,5% çoxdur. Bunun 239,337 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 8,9% böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 5,1% artaraq 333,165 milyon manata, o cümlədən depozit portfeli 5,6% artaraq 193,486 milyon manata, balans kapitalı isə 19,4% artaraq 76,398 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.