"Bank Respublika" şəhid və qazi övladları üçün xüsusi layihə həyata keçirib

"Bank Respublika" şəhid və qazi övladları üçün xüsusi layihə həyata keçirib Həmçinin, uşaqlara yeni tədris ilinin başlanması ilə əlaqədar içərisində müxtəlif dərs ləvazimatları olan və üzərində “Qəhrəman övladı” yazılmış məktəbli çantaları hədiyyə edilib.
Maliyyə
15 Sentyabr , 2021 10:07
Bank Respublika şəhid və qazi övladları üçün xüsusi layihə həyata keçirib

44 günlük Vətən müharibəsi dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətin Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə göstərdiyi qayğıya, gördüyü xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən "Bank Respublika" ASC də töhfə verib.

Belə ki, Bank yeni tədris ilinin başlanması ilə əlaqədar müxtəlif regionlarda şəhid və qazi övladları üçün xüsusi aksiya həyata keçirib. Aksiya çərçivəsində “Bank Respublika”nın nümayəndələri Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid və qazi olmuş əsgər və zabitlərin ibtidai siniflərdə təhsil alan övladlar ilə görüşərək, atalarının vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.

Həmçinin, uşaqlara yeni tədris ilinin başlanması ilə əlaqədar içərisində müxtəlif dərs ləvazimatları olan və üzərində “Qəhrəman övladı” yazılmış məktəbli çantaları hədiyyə edilib.

Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə "Bank Respublika" daim xüsusi diqqət və qayğı göstərəcəyini vurğulayıblar.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi