“Bank Respublika” ASC torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidliklə döyüşən cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat vəsait köçürüb.
Fond ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Bank Respublika” hər zaman olduğu kimi dövlətimizin yanındadır və biz əminik ki, işğal altında olan torpaqlarımız müzəffər ordumuz tərəfindən tezliklə azad olunacaq və üç rəngli bayrağımız orada dalğalanacaq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.