“Bank Respublika” ASC-nin maliyyə vəziyyəti və fəaliyyət profili hərtərəfli təhlil edildikdən sonra “Bank of New York Mellon” ona ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verib. Bu qərar, ilk növbədə, kontragentlərin banka olan yüksək etibarını və beynəlxalq bazarda qüsursuz işgüzar reputasiyasını göstərir.
“Bank of New York Mellon” 1784-cü ildə təsis edilib və ABŞ-ın ən qədim banklarından biri sayılır. Bankın 40-dan çox ölkədə nümayəndəlikləri var. Bu gün “Bank of New York Mellon” aktivlərinə görə dünyanın ən böyük investisiya şirkətlərindən biridir.
Banklar, həmçinin xəzinədarlıq əməliyyatları sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. "Bank Respublika"nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, "Bank Respublika"nın fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradacaq.
"Son illərdə ABŞ banklarında müxbir hesablarını açmaq üçün Amerika bank sistemi bir sıra mürəkkəb prosedurlardan keçmək və ciddi tələblərə tam uyğun gəlməyi nəzərdə tutur. "Bank of New York Mellon"un müsbət qərarı həm bankımıza, həm də ümumilikdə Azərbaycanın bank sektoruna olan yüksək etimaddan xəbər verir", - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariel İsmayılov bildirib.
Bu artıq “Bank Respublika”nın ABŞ-dakı ikinci dollarda olan müxbir hesabıdır. “Bank of New York Mellon” ilə tərəfdaşlıq əlaqələrinin qurulması, “Bank Respublika”nın beynəlxalq hesablaşmalar üzrə Azərbaycanın bank bazarının liderlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Daha ətraflı məlumatı bankın rəsmi