Azərbaycanda biznes kreditlərinin bank kreditlərində xüsusi çəkisi 56 %-ə çatıb.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların kredit portfeli 16,8 %, o cümlədən biznes krediti portfeli 12 % böyüyüb. İnflyasiyanın azaldılması, maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə istehlak kreditlərinin artımını məhdudlaşdıran siyasət yeridirik", - deyə baş bankir qeyd edib.