Belarus Milli Bankının qızıl ehtiyatları 43 tonu keçib

Belarus Milli Bankının qızıl ehtiyatları 43 tonu keçib 2020-ci ildə Belarus Milli Bankı qızıl ehtiyatlarını 1 ton və yaxud 2,4% artıraraq 43,2 tona çatdırıb.
Maliyyə
13 Yanvar , 2021 09:38
Belarus Milli Bankının qızıl ehtiyatları 43 tonu keçib

2020-ci ildə Belarus Milli Bankı qızıl ehtiyatlarını 1 ton və yaxud 2,4% artıraraq 43,2 tona çatdırıb.

“Report” bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, son 5 ildə tənsimləyici qurumun qızıl ehtiyatları hər il təxminən 1 ton, ümumilikdə isə 5,1 ton artıb.

Bununla belə, ötən il Belarusun qızıl və valyuta ehtiyatlarının dəyəri təxminən 20% və yaxud 1,9 milyard ABŞ dolları azalaraq 9,4 milyard dollardan 7,5 milyard dollara düşüb. Halbuki, əvvəlki il qızıl və valyuta ehtiyatları 30%-dən çox artmışdı.

Son xəbərlər

Orphus sistemi