“Bloomberg İntelligence” araşdırma şirkətinin analitiki Mayk Makqloun bitkoinin builki qiyməti ilə bağlı proqnozlarını açıqlayıb.
Bu barədə “Report” “RBK”ya istinadən xəbər verir.
Onun sözlərinə görə, kriptovalyutanın qiyməti 400 min ABŞ dollarına qədər bahalaşa bilər. Mütəxəssis, mövcud bazarın vəziyyətini bitkoinin rekord məbləğdə satıldığı 2013 və 2017-ci illərdəki iqtisadi vəziyyətlə müqayisə edib.
“Fikrimizcə 2021-ci ildə bir sıçrayış, bitkoini risksiz aktivə çevirə bilər”.
Qeyd edək ki, hazırda ən geniş yayılmış kriptovalyuta 56 388 ABŞ dollarına satılır.