Bu il üçün Azərbaycanda rəqəmsal ödəniş strategiyasının hədəfləri açıqlanıb

Bu il üçün Azərbaycanda rəqəmsal ödəniş strategiyasının hədəfləri açıqlanıb Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyasının hədəflərinə uyğun olaraq, bu il üçün hədəflərini açıqlayıb.
Maliyyə
22 Fevral , 2022 09:40
Bu il üçün Azərbaycanda rəqəmsal ödəniş strategiyasının hədəfləri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyasının hədəflərinə uyğun olaraq, bu il üçün hədəflərini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə AMB-nin açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Sənədə əsasən, bu il, aşağıdakı istiqamətlər üzrə tədbirlər davam etdiriləcəkdir:

- ödəniş və informasiya sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi;

- bank olmayan ödəniş xidməti təchizatçılarının nəzarət çərçivəsinin yaradılması;

- Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi;

- Ani Ödəniş Sisteminin əhatə dairəsinin genişləndirilməsi;

- rəqəmsal ödənişlər üzrə təşviqat və təbliğat tədbirlərinin genişləndirilməsi.

Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, rəqəmsal bankçılıq üzrə indikator göstəricisinin 2022-ci il üçün 80 %-ə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 40 %-ə çatdırılması hədəflənib.

Ötən il Azərbaycanda bank kartları ilə 38 milyard manatlıq ödəniş aparılıb, onun da 11,5 milyard manatlıq (30,3 %) hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 79,6 % çoxdur. Aparılan köçürmələrin say üzrə 80 %-i (60,4 milyon ədəd), həcm üzrə isə 73 %-i (163,1 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi