Cənubi Koreya Rusiya banklarının SWIFT-dən çıxarılması qərarına qoşulacaq

Cənubi Koreya Rusiya banklarının SWIFT-dən çıxarılması qərarına qoşulacaq Cənubi Koreya Ukrayna ətrafında cərəyan edən hadisələr səbəbindən Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması ilə bağlı beynəlxalq qərara qoşulmağa hazırdır.
Maliyyə
28 Fevral , 2022 10:31
Cənubi Koreya Rusiya banklarının SWIFT-dən çıxarılması qərarına qoşulacaq

Cənubi Koreya Ukrayna ətrafında cərəyan edən hadisələr səbəbindən Rusiyanın SWIFT ödəniş sistemindən çıxarılması ilə bağlı beynəlxalq qərara qoşulmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə “Renhap” Cənubi Koreya XİN-ə istinadən məlumat yayıb.

Rəsmi Seulun bu barədə ABŞ-ı diplomatik kanallar vasitəsilə məlumatlandırdığı bildirilir.

Daha əvvəl Yaponiyanın da Rusiya banklarının SWIFT sistemindən ayrılması tədbirlərinə qoşulacağı barədə məlumat yayılmışdı.

Rəsmi Tokio Rusiya rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə və Ukraynaya təcili maliyyə yardımı göstərməyə hazırlaşır.

Son xəbərlər

Orphus sistemi