Çin Xalq (Mərkəzi) Bankı yuanın ABŞ dollarına nisbətdə məzənnəsini 34 baza bəndi səviyyəsində möhkəmləndirib. Bununla da, 1 ABŞ dolları 6,3856 yuan səviyyəsinə gətirilib. Bu, bu il iyunun 3-dən sonra maksimum səviyyədir.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, yuan ardıcıl 3 iş günüdür ABŞ dollarına nisbətdə möhkəmlənir.
Xatırladaq ki, 2020-ci ildə pandemiya fonunda yuanın ABŞ dollarına nisbətdə məzənnəsi ardıcıl bir neçə ay ərzində eniş nümayiş etdirib. 2020-ci il mayın 29-da Çin milli valyutasının məzənnəsi 2008-ci ilin fevralından sonra ən aşağı səviyyəyə - 1 ABŞ dolları üçün 7,1316 yuan səviyyəsinə endirilib. Lakin bundan sonra yuan tədricən ABŞ valyutasına nisbətdə möhkəmlənməyə başlayıb.