Çinin Mərkəzi Bankı yuanı dollara nisbətdə maksimum həddə möhkəmləndirib

Çinin Mərkəzi Bankı yuanı dollara nisbətdə maksimum həddə möhkəmləndirib Çin Milli (Mərkəzi) Bankı yerli valyutanı 110 baza bəndi möhkəmləndirərək, bir ABŞ dollarını 6,3572 yuana bərabər edib
Maliyyə
1 İyun , 2021 12:18
Çinin Mərkəzi Bankı yuanı dollara nisbətdə maksimum həddə möhkəmləndirib

Çin Milli (Mərkəzi) Bankı yerli valyutanı 110 baza bəndi möhkəmləndirərək, bir ABŞ dollarını 6,3572 yuana bərabər edib. Tənzimləyicinin rəsmi saytında yayımlanan məlumata görə, bu, 2018-ci il mayın 15-dən bu yana maksimum göstəricidir.

Report” məlumat verir ki, valyuta məzənnəsinin cari möhkəmlənməsi ardıcıl altıncı iş günüdür davam edir. Ekspertlər hesab edirlər ki, Çin valyutasının mübadilə məzənnəsi gələcəkdə də ikiistiqamətli volatilliyini saxlayacaq. Məzənnəyə daxili və xarici amillər, xüsusən də Çin iqtisadiyyatının əsas iqtisadi göstəriciləri, dolların indeksi, xarici ticarətindəki vəziyyət, siyasi amillər təsir edəcək.

Pandemiya fonunda 2020-ci ildə yuanın dollar qarşısında bir neçə ay müddətinə ucuzlaşması qeydə alınıb. 2020-ci mayın 29-da Milli Bank yerli valyutanın məzənnəsini 2008-ci ildən bu yana ən aşağı həddə salaraq, bir dollar 7,1316 yuan səviyyəsində müəyyən edib. Lakin bundan sonra yuan ABŞ valyutasına nisbətdə tədricən möhkəmlənməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi