Çinin xarici ticarət profisiti 60 milyard dolları ötüb

Çinin xarici ticarət profisiti 60 milyard dolları ötüb Bu ilin avqust ayında böyük ticarət tərəfdaşlarının tədricən iqtisadiyyatlarını açması ilə Çinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artıb.
Maliyyə
7 Sentyabr , 2020 09:16
Çinin xarici ticarət profisiti 60 milyard dolları ötüb

Bu ilin avqust ayında böyük ticarət tərəfdaşlarının tədricən iqtisadiyyatlarını açması ilə Çinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ölkənin idxalı 0,5% azalıb və nəticədə Çinin ticarət profisiti 416,6 milyard yuan (61 milyard ABŞ dolları) təşkil edib.

Qeyd edək ki, iqtisadçılar ixracatın 1,24%, idxalın 6,1% artacağını gözləyirdi.

Son xəbərlər

Orphus sistemi