Deputatlığa keçmiş namizəd "Bakı Sığorta"da yüksək vəzifəyə təyin olunub

Deputatlığa keçmiş namizəd "Bakı Sığorta"da yüksək vəzifəyə təyin olunub “Bakı Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinə yeni müşavir təyin edilib
Maliyyə
21 Aprel , 2021 10:16
Deputatlığa keçmiş namizəd Bakı Sığortada yüksək vəzifəyə təyin olunub
Turabxan Turabxanlı

“Bakı Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinə yeni müşavir təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Turabxan Turabxanlıya həvalə edilib.

O, ötən il keçirilmiş növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd olub, yeni təyinata qədər isə adıçəkilən sığorta şirkətində İdarə Heyətinin üzvü və Satış departamentinin müdiri vəzifəsində çalışıb.

T.Turabxanlı "Report"a faktı təsdiqləyib.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).

Son xəbərlər

Orphus sistemi