“Deutsche Bank” aldığı bankın keçmiş sahiblərinə məhkəmədə qalib gəlib

“Deutsche Bank” aldığı bankın keçmiş sahiblərinə məhkəmədə qalib gəlib Almaniya məhkəməsi ölkənin aparıcı bankı “Deutsche Bank”ın 10 il bundan əvvəl aldığı və pərakəndə bankçılıqda istifadə etdiyi “Postbank”ın keçmiş sahiblərinin ona qarşı iddiasını təmin etməyib.
Maliyyə
16 Dekabr , 2020 15:20
“Deutsche Bank” aldığı bankın keçmiş sahiblərinə məhkəmədə qalib gəlib

Almaniya məhkəməsi ölkənin aparıcı bankı “Deutsche Bank”ın 10 il bundan əvvəl aldığı və pərakəndə bankçılıqda istifadə etdiyi “Postbank”ın keçmiş sahiblərinin ona qarşı iddiasını təmin etməyib.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən bankın hər səhmi 25 avrodan "Deutsche Bank"a satılıb. Amma keçmiş səhmdarlar sonradan bu qənaətə gəliblər ki, qiymətli kağızları bazar dəyərindən ucuz satıblar və buna görə də qarşı tərəfdən 740 milyon avro təzminat tələb edirlər. Köln Şəhər Məhkəməsi isə bu iddianı rədd edib.

Son xəbərlər

Orphus sistemi